III Tədris Binası

UNEC-in 3-cü tədris binası Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 194 ünvanında yerləşir

Tədris binasının ümumi sahəsi 13196,2 m2 olmaqla 4 mərtəbədən, o cümlədən inzibati, pedaqoji və digər struktur bölmələr, xidmətlər və köməkçi sahələr üzrə otaqlar 7997,7 m2, auditoriyalar 2278,3 m2, kitabxana otağı 241,5 m2, yeməkxana 340,1 m2, mətbəx servisi 123,1 m2, restoran 127,4 m2, kafe 33,0 m2, idman zalı 418,3 m2, akt zalı 424,7 m2, müxtəlif təyinatlı laboratoriyalar 1208,1 m2, və tibb məntəqəsi 20 m2 sahədən ibarətdir.

Fakültələr

  • UNEC Dizayn Məktəbi

  • Mühəndislik

  • Rəqəmsal İqtisadiyyat

Kafedralar

  • Mühəndislik və tətbiqi elmlər

  • Dizayn

  • Rəqəmsal texnologiyalar və tətbiqi inoformatika

Laboratoriyalar

  • Rəqəmsal

  • Qida kimyası

  • Ekologiya

  • Fizika

  • Kimya

2018-ci ildə 3 saylı tədris binası təhsilin müasir tələblər səviyyəsində təşkilinə cavab vermədiyinə və yararsız vəziyyətdə olduğuna görə sökülmüşdür. UNEC-in qeyd olunan ünvanda, tədris korpusunun müasir standartlar səviyyəsində yenidən qurulması məqsədi ilə iki növbədə 3000 nəfər təhsilalanın tədrisinin təşkili üçün müasir tələblərə tam cavab verən yeni tədris binasının inşa edilmişdir.

3 fakültə
3 kafedra
13 laboratoriya

 Yeni tədris binasında müasir tipli tədris laboratoriyaları, linqafon kabinetləri, kitabxana, konfrans və idman zalı kimi bölmələr mövcuddur.

UNEC-in 3 saylı tədris binasında Rəqəmsal iqtisadiyyat, Mühəndislik fakültələri, Dizayn Məktəbi yerləşir.

اتصل بنا

ÜNVAN: Bakı, M.Muxtarov küçəsi, 194

الهاتف

+994 12 492 59 03

البريد الإلكتروني

unec@unec.edu.az

فروع أخرى