Qida Sənayesi Kolleci

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kolleci Azərbaycan SSR Ərzaq Malları Sənayesi Nazirliyinin 30 avqust 1955-ci il tarixli əmri ilə Bakı Yeyinti Sənayesi Texnikumu kimi yaradılmışdır. AR Nazirlər Kabinetinin 2010-cu il 16 iyun tarixli 112 saylı qərarı ilə Bakı Yeyinti Sənayesi Texnikumu Bakı Qida Sənayesi Kolleci adlandırılmışdır. AR Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarı ilə Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmişdir.

*
Kollecdə aşağıdakı fənn birləmə komissiyaları fəaliyyət göstərir: 

  • - Humanitar
  • - Dillər və ədəbiyyat
  • - Kimya, biologiya, ekologiya və sanitar-gigiyena
  • - Ümumtəhsil və ümumtexniki
  • - Ümumi iqtisadiyyat və idarəetmə
  • - İstehlak mallarının ekspertizası
  • - Qida texnologiyası

*
İxtisaslar:

- Qida məhsullarının təhlükəsizliyi
- İstehlak mallarının ekspertizası
- Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət
- Mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi
- Ətraf mühitin mühafizəsi və bərpası
- Turizim işinin təşkili
- Marketinq (Sahələr üzrə)
- Ət və ət məhsullarının texnologiyası
- Şərabçılıq və qıcqırtma istehsalatının texnologiyası
- İaşə müəssisələrinin servisi
- Konservləşdirmə və qida konsentrantları texnologiyası
- Çörək və unlu qənnadı məmulatlarının texnologiyası.

Kollec xəbərləri

11 mart 2025
UNEC-in Tələbə rektoru və təşkilat rəhbərləri kolleclərdə görüşlər keçiriblər
13 fevral 2025
Rektor: Kollec təhsilinin müasir tələblərə uyğun qurulması istiqamətində ilkin addımlar atılacaq
16 dekabr 2024
UNEC-in nəzdində olan kolleclərdə maarifləndirici təlimlər keçirilib

Əlaqə

Ünvan: Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi, 73

Telefon

(+994 12) 323-84-44

E-poçt

qidakolleci@unec.edu.az

Digər Kolleclər