.Materialların rəqəmsal dizaynı və qabaqcıl hesablama texnologiyaları UNEC Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 16 fevral 2024-cü il tarixli iclasının 194 №-li Qərarı və UNEC rektorunun 218/3/2024 №-li əmrinə əsasən yaradılıb.
Mərkəzin məqsədi:
1. Materialların rəqəmsal modelləşməsi və dizaynı: Yeni materialların strukturunun, xüsusiyyətlərinin və funksiyalarının qabaqcıl hesablama
üsulları vasitəsilə proqnozlaşdırılması və modelləşdirilməsi.
2. Hesablama texnologiyalarının tətbiqi: Numeryal üsullar, simulyasiya, mətnlərarası hesablama, süni intellekt kimi metod və texnologiyalardan istifadə edərək materialların performansını optimallaşdırmaq.
3. Elmi-tədqiqat və texnoloji innovasiyaların inkişaf etdirilməsi: Fundamental və tətbiqi tədqiqatlar aparmaq, beynəlxalq elmi əməkdaşlığı gücləndirmək və müasir tədqiqat metodologiyalarını tətbiq etmək.
4. Təhsil və kadr hazırlığı: Universitet daxilində tələbə və doktorantların material elmləri və hesablama texnologiyaları sahəsində hazırlanmasını təmin etmək, onların analitik və texniki bacarıqlarını artırmaq.
5. Tətbiq potensialının artırılması: Dizayn edilmiş materialların real sahədə tətbiq imkanlarının araşdırılması və onların sənaye, texnologiya, enerji, quruluş materialları və digər sahələrdə istifadəsinin təşviqi.
Mərkəzin rəhbəri
İspaniyanın Ba8sque Country Universitetinin Kimya fakültəsinin professoru (Bilbao/İspaniya)
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun aparıcı elmi işçisi
Elmi işçi, müəl.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun aparıcı elmi işçisi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun “Nanokristallar fizikası” laboratoriyasının müdiri, professor
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun aparıcı elmi işçisi