UNEC-in Zaqatala filialının nəzdində Regional İqtisadiyyat Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 27 yanvar 2023-cü il tarixli iclasının Qərarı və UNEC rektorunun 16 fevral 2023-cü il tarixli əmrinə əsasən yaradılıb.
Əsas məqsədlər:
- Azərbaycan regionlarının iqtisadi potensialını öyrənmək və inkişaf istiqamətlərini müəyyənləşdirmək;
- Regional inkişaf və iqtisadi siyasət üzrə elmi tədqiqatlar aparmaq;
- Regionlararası iqtisadi fərqləri və balanssızlıqları təhlil edərək tövsiyələr hazırlamaq;
- Yerli və regional biznes mühitini, sənaye, kənd təsərrüfatı və xidmət sahələrinin inkişaf imkanlarını araşdırmaq;
- Dövlət və özəl sektor üçün regional iqtisadiyyat üzrə analitik hesabatlar və proqnozlar hazırlamaq;
- Regional inkişaf sahəsində beynəlxalq təcrübəni öyrənmək və tətbiq imkanlarını araşdırmaq.
- Regionlarda dayanıqlı inkişaf, məşğulluq və sosial rifahın yüksəldilməsi üçün elmi əsaslı yanaşmalar işləyib hazırlamaq.