Təhsil Texnologiyalaı Mərkəzi

Təhsil Texnologiyaları UNEC Tədqiqat Mərkəzi UNEC-in Elmi Şurasının 21 may 2018-ci il tarixli iclasının Qərarına əsasən yaradılıb.

UNEC Rektorunun 25.07.2023-cü il tarixli əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik İsveçin Umea Universitetinin Rəqəmsal Təhsilin Ölçülməsi üzrə elmlər doktoru proqramı üzrə tədqiqatçısı PhD Kərimova Könül Məhəmməd qızına həvalə edilmişdir.


Məqsəd:

Mərkəzin əsas məqsədi təhsildə innovativ, texnoloji və rəqəmsal həllər vasitəsilə keyfiyyətin yüksəldilməsi və davamlı inkişafın təmin olunmasıdır.
Təhsil Texnologiyaları Mərkəzinin məqsədi müasir informasiya və kommunikasiya texnologiyalarının təhsildə tətbiqini genişləndirmək, tədris prosesinin 
səmərəliliyini artırmaq və təhsilalanların bilik və bacarıqlarının inkişafına şərait yaratmaqdır.

 Əsas məqsədlər:
- Təhsildə innovativ texnologiyaların tətbiqi və yeni tədris metodlarının hazırlanması;
- Rəqəmsal təhsil resurslarının yaradılması və istifadəsinin təşviqi;
- Müəllim və tələbələrin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi;
- Tədris prosesində onlayn və hibrid təhsil modellərinin səmərəli tətbiqi;
- Təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və yerli praktikaya uyğunlaşdırılması.

Mərkəzin üzvləri:

Bizimlə əlaqə

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

+(994) 12 492-57-31

E-mail

edutech@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri