UNEC 24/7 Kitabxanası 7 yaşında

  • 03 noyabr 2025
  • 31

Noyabrın 1-də UNEC Kitabxana İnformasiya Mərkəzinin 24/7 Kitabxanasının fəaliyyətə başlamasından 7 il ötür.

Yarandığı gündən etibarən kitabxana bilik və yaradıcılığın, araşdırma və innovasiyanın mərkəzinə, eləcə də müəllim və tələbələrin ən çox vaxt keçirdikləri məkana çevrilib.

7 il ərzində kitabxana həm elektron, həm də fiziki resurslarını durmadan zənginləşdirib, rəqəmsal mühitini müasirləşdirib, xidmətlərini yeniləyib və genişləndirib, Həmçinin aktual layihələr və yaradıcı tədbirlərlə gənclərin maraq dairəsini cəlb edib, könüllülər komandası ilə birgə saysız ziyarətçilərə xidmət göstərib. Bu illər ərzində əldə olunan nailiyyətlər UNEC-in 24/7 Kitabxanası təkcə ölkənin deyil, regionun və postsovet məkanının aparıcı akademik kitabxanalarından birinə çevirib.

Kitabxananın 7 illik fəaliyyəti ərzindəki statistik göstəriciləri təqdim edirik:

  • Oxucu sayı – 496.204 nəfər
  • Gecə növbəsi – 12.511 nəfər
  • Şənbə, bazar günlərində oxucu sayı – 84.189 nəfər
  • Kənar oxucu sayı – 52 nəfər
  • Elektron resurs istifadəçisi – 170.954 nəfər
  • Kitab fond – 7.056 nüsxə
  • Oxucu-istifadəçi sorğularının cavablandırılması (e-mail və sosial şəbəkə hesabları üzərindən – 121.774 müraciət
  • İstifadə edilən ədəbiyyat sayı – 8.660 adda 34.011 nüsxə (profil üzrə və bədii ədəbiyyat)
  • Həyata keçirilən layihələrin sayı – 22
  • Akademik və inzibati heyət üçün təlimlərin sayı – 208
  • Müxtəlif mövzuda keçirilmiş tədbirlərin sayı – 176