Nazilə  Məmmədova

Nazilə Məmmədova

Avesis linki
 Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-40-07
Məmmədova Nazilə Mürsəl qızı 01 iyul 1956-cı  ildə  Gədəbəy  rayonunun  Novosaratovka  kəndində  anadan  olub.
1963-1973-cü  illərdə Novosaratovka  kənd  orta  məktəbində  təhsil  alıb.
1974-cü  ildə  Azərbaycan  Dövlət  Universitetinin Tarix fakultəsinin  əyani  şöbəsinə  daxil  olub,  1979-cu  ildə həmin universiteti bitirib.
1980-cı  ildə AR Elmlər  Akademiyası  Fəlsəfə  və  Hüquq  İnstitutunda  baş  laborant  vəzifəsinə  təyin  olunub.
1982-1983-cü  illərdə  SSRİ  EA  Fəlsəfə  İnstitutunda  elmi  ezamiyyətdə  olub.
1983-cü  ilin  dekabr  ayında  AR Elmlər  Akademiyasında  kiçik elmi  işçi  vəzifəsinə  keçirilib.
1984-1989-cu  illərdə  Azərbaycan  SSR   Elmlər  Akademiyası  Fəlsəfə  və  Hüquq  İnstitutunun  aspirantı  (istehsalatdan ayrılmadan) olub.
1991-ci  ildə  namizədlik  dissertasiyasını  müdafiə  edərək,  fəlsəfə  elmləri  namizədi  alimlik  dərəcəsi  alıb.
1995-ci  ilin  mart  ayında  Azərbaycan  Respublikası  Milli  Elmlər  Akademiyası  Fəlsəfə  kafedrasına  dosent əvəzi  vəzifəsinə  təyin  edilib.
1999-cu  ilin  avqust  ayından  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin “Fəlsəfə” kafedrasında  baş müəllim  vəzifəsində  işləyib.
Hazırda "Humanitar fənlər" kafedrasının dosentidir.
25-ə yaxın elmi-metodik əsərin müəllifidir.
Ailəlidir. Üç övladı və nəvələri var.