Səadət Məcidova

Səadət Məcidova

Baş müəllim

Avesis linki

Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06

Məcidova Səadət Mirağa qızı  Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1999/2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə həm bakalavr, həm də 2004/2007–ci illərdə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2011-ci ildə “Müəssisənin iqtisadiyyatı” kafedrasına dissertant təhkim olunmuşdur.

2004/2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “ Müəssisənin iqtisadiyyatı”  kafedrasının laborantı vəzifəsində çalışmışdır. 2011-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Müəssisənin iqtisadiyyatı”  kafedrasının müəllim kimi fəaliyyətin davam etdirmişdi.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının baş müəllimi olub.
İqtisadiyyat fakultəsinin 3-cü kurslar  üzrə baş mentorudur.
S.M.Məcidova DİM tərəfindən keçirilən imtahanlarda marker qismində iştirakçıdır.
Eyni zamanda 2016-cı ildən hal-hazıra kimi 0,5 ştat üzrə LDU-də baş müəllim vəzifəsində çalışır.
“Müəssisənin iqtisadiyyatı” kafedrasında həmkərlar təşkilatının sədri olmuşdur.
Hazırda "İqtisadiyyat" kafedrasının baş müəllimidir.

Ümumi olaraq 27 elmi məqalənin, tədris – metodiki və monoqrafiyanın müəllifidir.
SCOPUS elmi jurnalda məqaləsi dərc olunmuşdur. Bir sıra elmi konfranslarda çixiş etmişdır.

S.M.Məcidova 2002-ci ildən YAP-nın üzvüdür.
MSK-nın 16 saylı Yasamal Seçki Dairəsinin 18 saylı məntəqəsinin üzvüdür.