Sevda  Abbasova

Sevda Abbasova

Baş müəllim

Avesis linki

 Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06

Abbasova Sevda İsmayıl qızı 06.07.1975-il tarıxində Tovuz rayonu  Düzqırıxlı kəndində dünyaya  gəlib.
Orta təhsilinin ilk 3 ilini 1 saylı kənd məktəbində alaraq, tam orta təhsilini Sumqayıt şəhər 28 saylı riyaziyyat təmayülü orta məktəbdə başa vurmuşdur.
1992-ci ildə orta məktəbi bitirən il Azərbaycan Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakultəsinin “İqtisadi-nəzəriyyə” ixtisasına qəbul olub və 1997-ci ildə bu ixtisasın iqtisadçı və iqtisadi-nəzəriyyə müəllimi sahələrini bitirib.

1997-ci ildə Azərbaycan Elmlər Akademyasının İqtisadiyyat İnstitutunun İqtisadi Təlimlər Tarixi şöbəsində laborant kimi fəaliyyət göstərirmişdir.
1998-ci ildən 2000-ci ilədək Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitunun “Ümumiqtisadiyyat” kafedrasında baş laborant;
2000-ci ildən 2003-ci ilədək bu kafedrada asissent,
2003-cü ildən 2011-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasında 0,5 ştat assisent kimi fəaliyyət göstərib.
2012-ci ildən həmin kafedrada tam ştat müəllim vəzifəsində çalışıb.
Hazırda "İqtisadiyyat"kafedrasının baş müəllimidir.

20 elmi məqalə hazırlamışdır, bunlardan biri Ukraynanın Dnepro şəhərində elmi jurnalda çap olunan məqalə, biri UNEC-in yubileyi ilə əlaqədar Skopus indeksli elmi jurnalda çap olunan məqalə, digərləri isə Respublika daxili ayrı-ayrı Universitetlərdə keçirilən Elmi və Beynəlxalq Konfransların jurnallarında çap olunan məqalələrdir.
2022-ci ildə  MDU-da keçirilən Beynəlxalq  Elm Konfransında məqaləsi qəbul olundu və Sertifikat da təqdim olundu.
2-ci məqalə ADNSU -də 24,25 tarixlərində keçirilən Beynəlxalq Konfransda  qəbul olunub, nəşrə hazırlanır, 3-cü məqaləsi Xarici ölkə Skopus indeksli elmi jurnala göndərilib, 4-cü məqaləsi isə BANM-də aprel ayında keçiriləcək Beynəlxalq Konfransa göndərilib, qəbul olunub.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

Ailəlidir. İki övlad anasıdır.