Təhminə Əliyeva

Təhminə Əliyeva

Avesis linki

+(994) 12 492-59-13;
+(994) 12 492-40-04; 18-46 (1100)

Əliyeva Təhminə Tahir qızı 2000-ci ildə Аzərbaycan Dövlət İqtisad İnstitutunun  Мaliy­yə-kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib.
2013-cü ildə Daxili fiskal siyasət və dövlət maliyyəsi ixtisasına uyğun olaraq müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru diplomunu alaraq alimlik dərəcəsinə layiq görülüb.

2017-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Elmlər Doktoru hazırlığı  üzrə dissertanturasına qəbul olub.
2018-i ildən Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adina layiq görülüb.

2002-ci ildən “Pul tədavülu və kredit” (indiki «Maliy­yə və maliyyə institutları») kafedrasında müəllim vəzifəsində çalışır.
Bank işi, Bank uçotu, Pul, Banklar, Beynəlxalq valyuta kredit münasibətləri və xarici ölkələrin pul kredit sistemi, Qiymətli kağızlar və s. fənlər üzrə müha­zirə və məşğələ dərslərini interaktiv qaydada tədris edir.

İşlədiyi müddət ərzində  ixtisası üzrə əmək fəaliyyəti ilə məşğul olmuş, bank­da iq­ti­sadçı-mühasib, baş mühasib, auditor təşkilatında auditor  vəzifələrində  çalışmışdır.
Ailəlidir. Bir övladı var.

50-dən çox elmi məqalənin (19 məqalə xarici mətbuatda dərc edilib), tədris metodiki vəsaitlərin, fənn proqramlarının müəllifidir. Umimilikdə 8 dərs vəsaiti və dərslikdə müəllif və  həmmüəllifdir.
“Azərbaycanda Dövlət büdcəsi gəlirlərinin formalaşmasında potensial vergi mənbələrindən istifadənin beynəlxalq təcrübəsi” adlı monoqrafiyasının (2018) müəllifidir.
2015-2016-cı tədris ilində universitetitdə müəllim heyəti arasında aparılan differensiallığın  nəticələrinə görə reytinqdə ilk 100-lükdə yer alıb.