Vüsal   Quliyev

Vüsal Quliyev

Avesis linki

Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06

Quliyev Vüsal Mübariz oğlu 28 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1997-ci ildə N.Nərimanov adına Bakı şəhər 45 saylı orta ümumtəhsil məktəbini bitirmişdir.
Həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakultəsinə daxil olmuşdur.
2001-2003-cü illərdə «İqtisadiyyatın hüquqi tənzimlənməsi» ixtisası üzrə magistratura pilləsini başa vurmuşdur.
2009-cu ildən İqtisad Universitetinin «İqtisadi hüquq» kafedrasının «İqtisadiyyatın hüquqi tənzimlənməsi» ixtisası üzrə dissertantı olmuşdur.
2013-cü ildə dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2017-ci ilə kimi «İqtisadi hüquq», “İqtisadiyyatin tənzimlənməsi” kafedralarında müəllim, baş müəllim vəzifələrində çalışıb.
Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının baş müəllimidir.

«Yoxsulluğun və sosial qeyri-bərabərliyin azaldılması» məsələlərinə dair ümumilikdə yeddidən artıq elmi məqalənin müəllifidir.
ELMİ ƏSƏRLƏRİ

Ailəlidir, üç övladı var.