Zaqatala filialı

AR Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı əsasında Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı yaradılmışdır.

2016-cı il sentyabrın 15-də UNEC-in Zaqatala filialının açılışı olub. Filialda 2016/2019-cu illərdə 1 fakültə, 1 kafedra və 2020/2023-cü illərdə Zaqatala İqtisadiyyat Məktəbi fəaliyyət göstərmişdir. 1 mart 2024-cü il tarixində 03/16 əmrə əsasən Zaqatala İqtisad Məktəbi ləğv edildi, UNEC Zaqatala filialının idarə edilməsində səmərəliliyin artırılması məqsədilə yeni ştat cədvəlinə uyğun olaraq struktur dəyişikliyi olmuşdur. 

Departament

  • İqtisadiyyat və menecment

Bölmələr

  • İqtisadiyyat və idarəetmə

  • Texniki və texnoloji

Təhsil formaları

  • Əyani

  • Qiyabi

22 auditoriya
153 otaq
155 nəfərlik "Tələbə Evi"
200 nəfərlik böyük akt zalı
50 nəfərlik kiçik akt zalı
idman zalı

Struktur uyğun olaraq “İqtisadiyyat və menecment” departamenti, Katiblik, Maliyyə və təminat şöbəsi, Təsərrüfat şöbəsi yaradılmışdır. Filialda “İqtisadiyyat və idarəetmə”, ”Texniki və texnoloji” bölmələrdən ibarət “İqtisadiyyat və menecment” departamenti fəaliyyət göstərir.

Filial UNEC-in regional ali iqtisadi təhsil missiyasının icrasını təmin edir, bundan irəli gələn müsbət nəticələrdən region və dünya ali təhsil məkanında dayanıqlı rəqabət üstünlüklərinin formalaşması üçün şərait yaradır. Hazırda filiala i.f.d., dos. Raqif Qasımov rəhbərlik edir.

Filial xəbərləri

12 April 2025
Inauguration of the Dormitory and Sports Hall at UNEC Zagatala Branch
08 May 2025
UNEC Zaqatala filialında “Universitetlərin regional inkişafda rolu” mövzusunda elmi seminar keçirilib
16 May 2025
UNEC ilə Özbəkistan universitetləri arasında təcrübə mübadiləsi məqsədilə görüş keçirilib

Contact us

Zaqatala şəhəri, Əhməd Rəcəbli küçəsi, 4

Phone

+(994) 24-22-5-21-57

Email

unec.zf@unec.edu.az

Other Branches