Dizayn

Elfanə  Qasımova

Elfanə Qasımova

“Dizayn” kafedrasının müdiri, f.f.d., dos.

“Dizayn” kafedrası 1999-cu ildən fəaliyyətə başlamışdır. Kafedranın yaradılmasında əsas məqsəd yüksək zövqlü, qlobal təfəkkürlü və yaradıcı mütəxəssislər yetişdirməkdir. 

Kafedra üzrə bakalavr pilləsində 68 fənn tədris olunur. Bütün fənlər sillabuslar və tədris vasitələrilə təmin olunmuşdur. Nəzərdə tutulan proqramı həyata keçirmək üçün tələbələr üçün dizayn studiolar (yaradıcılıq emalatxanaları) yaradılmış, yeni avadanlıq və materiallarla təchiz edilmişdir. Dizayn proqramlarının mənimsədilməsi üçün tələbələr qrafik planşetlərlə təmin edilmişdirlər. Tədris prosesində tələbələrin yaradıcılıq qabiliyyəti formalaşmaqla yanaşı, onlara peşəkar müəllimlər tərəfindən müasir dizayn üsullarından istifadə etmək, qrafik tərtibatların bütün imkanları aşılanır. 

Kafedranın əsas missiyası dizaynın bir çox istiqamətlərində rəqabətqabiliyyətli və praktiki qabiliyyətlərə malik,  əmək bazarının çağırışlarına və beynəlxalq standarlara cavab verə bilən ixtisaslı mütəxəssislər hazırlamaqdır. Kafedranın müəllimləri tərəfindən tələbələr üçün dərs vəsaiti, metodik vəsaitlər hazırlanmış və çap edilmişdir. Kafedranın müəllimlərinin elmi tədqiqat işləri nüfuzlu jurnallarda çap edilmiş və beynəlxalq konfranslarda məruzə edilmişdir.

Professor-müəllim heyəti:

Elfanə Qasımova

“Dizayn” kafedrasının müdiri, f.f.d., dos.

Yeganə Ağamalıyeva

m.e.n., dosent

Mehriban Novruzova

s.f.d., dosent

Lalə Məmmədova

Dizayn Məktəbinin direktoru, s.ü.f.d., dos.

Aida Dadaşova

Baş müəllim

Anar İskəndərov

Baş müəllim

Əli Əliyev

Baş müəllim

Şəhla Abdullayeva

Baş müəllim

Aynur Rzayeva

Fəlsəfə üzrə fəlsəfə doktoru

Kəminə Cəbrayılova

Tədris edilən fənlərin mənimsədilməsi ilə tələbələr dizayn problemlərini  həll edə bilən mütəxəssis kimi yetişirlər. Kafedra əmək­daşları respublikamızda hal-hazırda dizayn sahəsi üzrə fəaliyyət göstərən müəssisə, təşkilatlar, firmalar və s. ilə sıx əlaqə saxlamaqla, bu sahədə olan yenilikləri izləyir və elmi axta­rışlarını davam etdirməkdədirlər. Kafedra əməkdaşlarının respublikada istehsal olunan məhsulların dizayn elementləri ilə tərtib olunması, məhsulun keyfiyyətinin yüksəldilməsi sahəsində apardıqları elmi axtarışlar həm nəzəri, həm də praktiki cəhətdən böyük əhəmiyyət kəsb edir.

Kafedranın beynəlxalq əlaqələri genişdir. Türkiyənin Qazi Univer­siteti (Ankara), İzmirdəki Ege Universiteti, Dənizli şəhərindəki Pamuk­kale Universiteti, Bursada Uludağ habelə Moskva Dövlət Dizayn və Texnologiya Universiteti, Kiyev Milli Texnologiya və Dizayn Universiteti ilə sıx əlaqə saxlayır. Azərbaycan Moda Assosiasiyası, GİLTEX, Baku Design Center, Venera Group, Zaferoğlu İnşaat, Baku Academy Center və My Design Concept, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə fəal əməkdaşlıq münasibətləri formalaşmışdır.

Department News

02 April 2025
UNEC-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib

Contact

Phone

+(994)12 492-59-03 (13-22)

Email

Other Departments