Elmin Populyarlaşdırılması Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 27 yanvar 2023-cü il tarixli iclasının 186 №-li Qərarı və UNEC rektorunun 13 fevral 2023-cü il tarixli 93/3/2023 №-li əmrinə əsasən yaradılıb.
MƏQSƏD:
Elmin Populyarlaşması Mərkəzinin məqsədi cəmiyyətdə elmi biliklərin
yayılmasını, ictimaiyyətin elmi fəaliyyətlərlə marağının artırılmasını və
elmin gündəlik həyatda tətbiqinin təşviqini təmin etməkdir.
1. Elmi biliklərin yayılması: Cəmiyyət arasında müxtəlif sahələr üzrə elmi biliklərin anlaşılmasını və əlçatan olmasını təmin etmək.
2. İctimaiyyətin maarifləndirilməsi: Xüsusilə gənclər və tələbələr arasında elmi marağın artırılması, elmi düşüncə tərzinin təşviqi.
3. Elmin gündəlik həyatda tətbiqi: Əldə olunan elmi nailiyyətlərin praktik tətbiq sahələrinə yönəldilməsi və həyat keyfiyyətinin yüksəldilməsi.
4. Elmi kommunikasiya və əməkdaşlıq: Tədqiqatçılar, universitetlər və digər elmi təşkilatlar arasında informasiya mübadiləsini asanlaşdırmaq.
5. İnnovasiya və texnologiya maarifləndirilməsi: Yeni texnologiyalar və innovativ həllərin cəmiyyət tərəfindən anlaşılmasını və mənimsənilməsini təşviq etmək.