Ayan  Cavadzadə   Cavadzadə

Ayan Cavadzadə Cavadzadə

Tələbə rektor

Avesis link

ayann.cavadzade@gmail.com
(+994)050-840-90-82

Bakı, İstiqlaliyyət küçəsi, 6 (I Tədris binası)

22 sentyabr 2006-cı ildə Bakı şəhərində anadan olub.
2012-ci ildə Bakı şəhəri Nizami rayonu 129№-li orta məktəbin 1-ci sinfinə daxil olub, 2023-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib.
2023-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin “Marketinq” ixtisasına, əyani şöbəyə, Azərbaycan bölməsinə qəbul olub.
Hal-hazırda həmin ixtisasın 3-cü kurs əlaçı tələbəsi olaraq təhsilini davam etdirir.

UNEC-də təhsil müddətinin ilk günlərindən həm fakültə, həm də universitetin sosial-ictimai fəaliyyətində daim aktiv olub.
Elə bu fəallığına görə 2023-cü ilin dekabrında Tələbə Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyətinə seçilib.
Universitet daxilində müxtəlif layihələrdə, tədbirlərin təşkili və koordinasiyasında yaxından iştirak edib.

2024–2025-ci illər ərzində UNEC Abituriyent Sənəd Qəbulu, UNEC Məzun günü və bir çox sosial-ictimai layihələrdə göstərdiyi fəallığa görə Təşəkkürnamə və Sertifikatlarla təltif olunub.

Universitet həyatında məsuliyyətli, təşəbbüskar və komanda ruhunu gücləndirməyə çalışan biri kimi fəaliyyətini davam etdirir.
2025-ci ildə Formula 1 yarışında və 3-cü MDB Oyunlarında könüllü kimi iştirak edib.
Bu layihələrdə həm komanda idarəçiliyi, həm insanlarla ünsiyyət, həm də operativ qərarvermə bacarıqlarını inkişaf etdirib.