Filial Dərbənd şəhərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə yaradılıb
2016-cı il noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı olub. Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə İqtisad Universitetinin Dərbənd filialının yeni təhsil kompleksi tikilərək istifadəyə verilib. Filialın ümumi sahəsi 11 min kvadrat metrdir. Filialda bir növbədə 1000 tələbənin təhsil alması üçün 32 auditoriya var. Dərbənd filialı bütün zəruri infrastruktura malikdir. Bütün mühazirə auditoriyaları proyektor və kompüter avadanlıqları ilə təchiz olunub. Hər bir fənn üzrə ixtisaslaşmış auditoriyalar yaradılıb. Kitabxana və oxu zalı, kompüter və linqafon otaqları, idman və aerobika zalları, tibb məntəqəsi, müasir tələblərə cavab verən 100 yerlik yeməkxana istifadəyə verilib. Akt zalı 284 nəfərlik tədbirin keçirilməsinə imkan verir. Mərkəzi istilik sistemi, avtonom altstansiya, 80 kub metrlik su anbarı yaradılıb, 100 meqabaytlıq internet xətti çəkilib. Dərbənd filialında tam sutka ərzində fəaliyyət göstərən videomüşahidə kameraları quraşdırılıb. Muasir tələblərə cavab verən kampus 1500 tələbə üçün nəzərdə tutulub. Kampusa 200 nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman zalı və hovuz, həmçinin 200 nəfərlik lisey də daxildir.
Maliyyə-kredit
Mühasibat uçotu, təhlil və audit
Ümumi iqtisadiyyat
Əyani təhsil
Əyani-qiyabi
Qiyabi təhsil
Rus
Azərbaycan
Filiala qəbul Rusiya Federasiyasında tələbələrin qəbul qaydalarına əsasən aparılır.
Hazırda filiala i.e.n. Kurban Kurbanov rəhbərlik edir.