Anar  İskəndərov  Hüseyn

Anar İskəndərov Hüseyn

Dizayn kafedrasının baş müəllimi

Ссылка Avesis
Bakı, Murtuza Muxtarov 194 (III Tədris binası)
+(994)12 492-59-03 (13-22)
1972-ci ildə Bakı şəhərində anadan olub.
1992-1996-cı illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq texnikumunda Rəssamlıq ixtisası üzrə təhsil alıb.
1996-2000-ci illərdə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində Rəssamlıq fakültəsində (Qrafika ixtisası) təhsil alıb.
2002-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistratura pilləsini bitirib.
2002-2010-cu illərdə F.Əmirov adına 6 saylı Uşaq İncəsənət Məktəbinin Rəsm və Rəngkarlıq şöbəsində Rəssamlıq ixtisası üzrə müəllim kimi fəaliyyət göstərib.
2012-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrasının müəllimi vəzifəsində çalışıb.
20.04.2022-ci il tarixdən həmin kafedranın baş müəllimi vəzifəsinə keçirilib.