Tofiq  Osmanov  Ramazan

Tofiq Osmanov Ramazan

"İqtisadi və texnoloji elmlər" kafedrasının dosenti

Ссылка Avesis
Bakı, A.Səhhət, 45 (IV Tədris binası)
+(994) 12 541-56-93; 440-79-85
tofiq.osmanov@unec.edu.az
t.r.osmanov@gmail.com
Tofiq Ramazan oğlu Osmanov 1950-ci ildə Qax rayonunda anadan olmuşdur. 
1967-ci ildə orta məktəbi bitirdikdən sonra elə həmin ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Əmtəəşünaslıq fakültəsinə daxil olmuş və 1971-ci ildə institutun “Sənaye malları əmtəəşünaslığı və ticarətin təşkili”  ixtisasını bitirmişdir.
1971-ci ilin dekabrından başlayaraq D.Bünyadzadə adına AXTİ-nun “Sənaye malları əmtəəşünaslığı” kafedrasında müəllim, baş müəllim işləmişdir.
1974-cü ildə istehsalatdan ayrılmadan aspiranturaya daxil olmuş və 1981-ci ildə Moskva Kooperativ İnstitutunun ixtisaslaşdırılmış Elmi Şurasında “Polivinilxlorid əsaslı linoleumların istismar şəraitində sürtünməsi və əsas gigiyenik xassələrin stabilliyinin tədqiqi” mövzusunda dissertasiya müdafiə  edərək texnika elmləri namizədi alimlik dərəcəsi adını almışdır.
1970-1980-ci illərdə Moskva və Donesk şəhərlərində keçirilən əmtəəşünaslığın problemlərinə həsr edilmiş elmi-praktiki konfranslarda çıxış etmişdir.
1992-ci ildən 2000-ci ilədək Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunda Əmtəəşünaslıq fakültəsinin dekanı, 2000-2004-cü illərdə İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin dekanı vəzifəsində işləmişdir.
2004-cü ildən etibarən Əmtəəşünaslıq fakültəsinin dekan müavini işləyib. 2020-ci ilə kimi Ekspertiza və standartlaşdırma fakültəsinin dekanı olub. Hazırda UNEC-in “İqtisadi və texnoloji elmlər” kafedrasının dosentidir.
Əmtəəşünaslığın müasir problemlərinə həsr edilmiş 150-dən artıq məqalənin, o cümlədən 20 dərslik və 5 dərs vəsaitinin müəllifidir.

Elmi Əsərlərinin Siyahısı (hiperlinkli)
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim”  fəxri adına layiq görülmüşdür.
Apardığı elmi araşdırmalar polivinilxloriddən olan linoleumları daha dar məqsədli təyinatını müəyyən etmək üçün onların müxtəlif aqressiv mühitin təsirinə davamlılığını müəyyən etməyə, onların çirklənməsi və təmizlənməsi metodikasının elmi əsaslarla işlənməsinə, linoleumların istismar şəraitinə maksimum uyğunlaşdırmaqla laboratoriya şəraitində sürtünməyə qarşı davamlılığının və gigiyenik xassələrinin araşdırılmasına, nəhayət polimer döşəmə materiallarının istehlak xassələrinin elmi təsnifatının verilməsinə yönəlmişdir.

Ailəlidir, iki övladı var.