Xədicə   Abbaslı  İsmayıl

Xədicə Abbaslı İsmayıl

“Humanitar fənlər” kafedrasının dosenti

Ссылка Avesis
Bakı, Həsən Əliyev küçəsi, 135 (II Tədris binası)
+(994) 12 564-40-07
Abbaslı Xədicə İsmayıl qızı 06 iyun 1973-cü ildə Bərdə rayonunun Otuzikilər kəndində anadan olub.
1990-cı ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin “Tarix və sosiologiya” fakültəsinə daxil olub və 1995-ci ildə həmin fakültəni bitirib.
1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Siyasi tarix” kafedrasında baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb.
2001-ci ildə eyni kafedrada müəllim, 2004-cü ildə isə “Beynəlxalq münasibətlər” kafedrasında müsabiqə yolu ilə baş müəllim vəzifəsinə seçilib.

2011-ci ildən “Humanitar fənlər” kafedrasında çalışır.
2014-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək, 2015-ci ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
15-dən artıq elmi əsərin, 1 dərs vəsaitinin və 1 tarixi oçerkin müəllifidir. Elmi məqalələri Türkiyə və Avropa ölkələrində nəşr olunub.

ƏSƏRLƏRİN SİYAHISI  (hiperlinkli əlavələr)
Azərbaycan Dövlət İqtisad Universitetinin təşkil etdiyi “Soft Skills” (30.09.2022) və “Digital Skills” (06.02.2024) təlimlərində iştirak edərək sertifikatlar alıb.
2025-ci ildə UNEC-in 95 illik yubileyi münasibətilə universitet rəhbərliyi tərəfindən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə fəxri fərmanla təltif olunub.
Ailəlidir, iki övladı var.