Azərbaycanda rəqəmsal iqtisadiyyatın formalaşması və inkişafı

Son illərdə dünyada baş verən texnoloji inkişaflar iqtisadiyyatın rəqəmsallaşmasını zəruri etmişdir. Azərbaycan da bu qlobal trendlərə uyğun olaraq rəqəmsal iqtisadiyyatın formalaşdırılması istiqamətində mühüm addımlar atmaqdadır. Rəqəmsal iqtisadiyyat — rəqəmsal texnologiyalar əsasında formalaşan və fəaliyyət göstərən iqtisadi sistemdir ki, bu da məhsuldarlığın artırılması, resurslardan daha səmərəli istifadə və şəffaflığın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda rəqəmsallaşma prosesinə dövlətin xüsusi diqqət ayırması, “Rəqəmsal Transformasiya Konsepsiyası”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” kimi sənədlərlə öz əksini tapmışdır. Eyni zamanda, elektron hökumət sisteminin genişlənməsi, "MyGov", "ASAN xidmət", "Rəqəmsal icmalar" və digər rəqəmsal platformaların tətbiqi bu sahədə praktiki addımların göstəricisidir.

Прочее Гранты