Dünya  Mustafayeva Azəri

Dünya Mustafayeva Azəri

UNEC Biznes Məktəbinin direktor müavini

Avesis linki
dunya.mustafayeva@unec.edu.az 
012 492 59 03 daxili 1145
(+994 12) 497 62 67
Bakı şəhəri, İstiqlaliyyət 6 (I Tədris binası)
Dünya Mustafayeva 26.06.1991-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2007-ci ildə Bakı şəhəri 20 nömrəli məktəb-liseyi bitirmişdir.
2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olmuş, 2011-ci ildə isə həmin fakültəni bitirmişdir.
2011-ci ildə  Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal iqtisadi münasibətlər ixtisası üzrə magistraturaya daxil olmuş, 2013-ci ildə magistr dərəcəsi almışdır.
2011-2013-cü ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq ticarət kafedrasının 0.5 ştat laborantı vəzifəsində işləmişdir.
2013-2016-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Qeydiyyat uçot bölməsinin Tyutoru vəzifəsində işləmişdir.
2016-2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin “Elektron universitet” şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləmişdir.
2021-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin  “UNEC daxili ikili diplom bölməsi"nin müdiri vəzifəsində işləmişdir.
2021-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Extern Mərkəzinin “Təhsil və təlim texnologiyalar” şöbəsinin müdiri vəzifəsində işləmişdir.
Hazırda UNEC Biznes Məktəbinin direktor müavini işləyir.
UNEC rektoru, professor Ədalət Muradovun 26 noyabr 2020-ci il tarixli Əmrinə əsasən, “Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə və əmək funksiyalarını məsuliyyətlə yerinə yetirdiyinə görə, eləcə də UNEC-in 90 illik yubileyi münasibətilə” Fəxri Fərman ilə təltif olunub.

AR Elm və Təhsil Naziri Emin Əmrullayevin 5266№ 08 iyul 2025-ci il tarixli Əmrinə əsasən, “Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə və səmərəli fəaliyyətinə görə, eləcə də UNEC-in 95 illik yubileyi münasibətilə” - “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin  Fəxri Fərmanı” ilə təltif olunub.