Hümeyrə Mustafayeva  Teymur

Hümeyrə Mustafayeva Teymur

“Humanitar fənlər” kafedrasının dosenti

Avesis linki
Bakı, İstiqlaliyyət 6 ( I Tədris binası)
(+994) 012-492-57-31
mkmerkezi@unec.edu.az
Hümeyrə Mustafayeva Teymur qızı 3 mart 1971-ci ildə Bakı şəhərində anadan olub.
Bakı şəhəri 9 saylı orta məktəbi qızıl medalla bitirib.

1988-ci ildə Baki Dövlət Universitetinin tarix fakültəsinə əyani şöbəsinə qəbul olub.
1993-cü ildə Bakı Dövlət Universiteti tarix fakültəsinin tarixçi, tarix müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin distant “Maliyyə və kredit” fakültəsinə daxil olub.
2012-ci ildə  “Maliyyə və kredit” ixtisası üzrə distant şöbəsini bitirib.      
Azərbaycan Dövlət İqtisad İnstitutunun “Politologiya və hüquq” kafedrasında 1994-1997-ci illərdə laborant, böyük laborant vəzifəsində çalışmışdır.
1996-1997-ci tədris  ilində həmin kafedrada saathesabı dərs aparıb.

1997-2016-cı ilədək Azərbaycan Dövlət İqtisad Universiteti “Politologiya və sosiologiya” kafedrasında müəllim, baş müəllim vəzifəsində çalışıb.
2010-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, sosial fəlsəfə ixtisası üzrə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2016-cı ildən həmin kafedrada dosent vəzifəsində çalışıb.
Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti “Humanitar fənlər” kafedrasında əvəzçi 0,5 ştat dosent vəzifəsində çalışır.

2020-ci ildən Bakı Dövlət Universiteti “Politologiya və sosiologiya” kafedrasının elmlər doktoru proqramı  ilə  siyasi nəzəriyyə ixtisası üzrə qiyabi doktorantıdır.
2023-cü ildən Bakı Mühəndislik Universitetində “Ümumi fənlər” kafedrasının müdiri vəzifəsində çalışır.
1 monoqrafiya, 2 dərs vəsaiti, 5 metodik vəsait, 7 proqram, 70-ə yaxın elmi məqalələrin müəllifidir.
Elmi məqalələri Rumıniya, Rusiya, Türkiyə, Çexiya, Ukrayna, Meksika  və Braziliyada nəşr olunub.


Elmi əsərlərinin siyahısı (hiperlinkli)
2018-ci ildə “Multikulturalizmə giriş”, 2019-cu ildə “Azərbaycan multikulturalizmi”, 2022-ci ildə “Soft Skills” Proqramı üzrə sertifikatlarla təltif olunmuşdur.
2023-cü ildə UNEC-in həyatında fəal iştirak etdiyinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.
Ailəlidir, iki övladı var.