Arifə  Muradlı İlqar

Arifə Muradlı İlqar

müəllim

Avesis链接

e-mail: arife120295@mail.ru

tel: +(994) 12 541-56-93 ; +(994) 12 440-79-85

 

Muradlı Arifə İlqar qızı 1995-ci ildə Bakı şəhərində аnаdаn оlub.
2016-ci ildə Аzərbаycаn Kooperasiya Universitetinin “Mühasibat uşotu və audit” ixtisasının bakalavr səviyyəsini bitirmişdir. 2018-ci ildə  Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramı üzrə “Biznesin idarə edilməsi” ixtisası üzrə magistraturaya daxil olmuş və 2020-ci ildə həmin ixtisası bitirərək magistr dərəcəsi almışdır. 2019-cu ildə University of Siegen (Almaniya) təhsil alaraq “Certificate of Achievement (9 ECTS)” sertifikatını almışdır. 
2016-cı ildə 3 aylıq könüllü əsaslarla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Maliyyə və təminat şöbəsində fəaliyyət göstərmişdir. 2020-2025-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin müəllimi, 2024-2025-ci illərdə Azərbaycan Texniki Universitetinin baş müəllimi, 2025-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Karyeranın planlaşdırılması və inkişafı” kafedrasının müəllimi vəzifəsində çalışır. Son üç ildə Sərt bacarıqlar, Yumşaq bacarıqlar, Azərbaycan iqtisadiyyatı, Firma iqtisadiyyatı və digər fənləri tədris etmişdir. Azərbaycan, rus və ingilis dillərində tədris edir. 2022-ci ildə UNEC-də professor-müəllim heyəti üçün təşkil edilmiş “Soft skills” təlimlərində assistent kimi iştirak etmişdir. Hazırda təlimçi fəaliyyətini davam etdirir.

Elmi-metodiki  əsərləri:

1.Sərt bacarıqlar.  Hüseyn A.C., Davudov D.R., Məhərrəmov R.R., Qasımova A.İ. Dərslik. Bakı, 2025, 204 s. 2. Yumşaq bacarıqlar. Davudov D.R., Qasımova A.İ., Salamova N.N. Orta ixtisas təhsili pilləsi subbakalavr səviyyəsi. Dərs vəsaiti. Bakı, 2025, 111 s.

3.Yumşaq bacarıqlar. Davudov D.R., Qasımova A.İ., Salamova N.N. Orta ixtisas təhsili pilləsi subbakalavr səviyyəsi. Metodiki vəsait. Bakı, 2025, 26 s.

4.Müasir Dövrdə Peşə Bacarıqlarına Tələblər: Yeni Tələblər və Həll Yolları, Heydər Əliyev və orta ixtisas təhsili: müasir çağırışlar mövzusunda Konfrans materialları, Bakı, 2023

5.Possibilities of Using Artificial Intelligence in The Management of the State Service System, International Eastern Conference On Human-Computer Interaction Proceedings, ISSN 2616-4248, 9-10 September 2022, Nakhchivan, Azerbaijan

6. The Role Of The Mechanism Of Competencies In Providing Employment And Career Growth Of Human Resources. Journal “İnformation And Innovations”, Moscow, Russia, 2021, Vol.16, №2, P.79-88

7. Subbakalavr hazırlığında innovasiyaların tətbiqi problemləri və perspektivləri (“Firmanın iqtisadiyyatı” fənninin tədrisi timsalında), Azərbaycan iqtisadiyyatı müstəqillik illərində: subbakalavr hazırlığı, Konfrans materialları. Bakı, 2021
Ailəlidir, iki oğlu var.