Hidayət Cəfərov Fərrux

Hidayət Cəfərov Fərrux

"Humanitar fənlər" kafedrasının professoru

Avesis链接
 Bakı, Həsən Əliyev küçəsi, 135 (II Tədris binası)
+(994) 12 564-40-07
h.jafarov@unec.edu.az
Hidayət Cəfərov, 1946-ci il sentyabrın 8-də Beyləqan rayonunun Əlinəzirli kəndində anadan olub.
1953-1961-ci illərdə Beyləqan rayonunun Aşıxlı kənd 8 illik məktəbini, 1961-1964-cü illərdə Beyləqan şəhər 1№-li orta məktəbini bitirmişdir.

1964-68-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində təhsil almış və həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir.
1968-ci ilin dekabrına qədər Beyləqan rayonu Əlinəzirli kənd orta məktəbində əvvəl müəllim, sonra isə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmış, 1968-1969-cu illərdə isə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
1970-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu, "Qədim arxeologiya" şöbəsində baş laborant vəzifəsində çalışmağa başlayıb. 1971-ci ilin iyunun 1-dən kiçik elmi işçi vəzifəsinə keçirilmiş, 1971-1974-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunda "Arxeologiya" ixtisası üzrə aspirantura təhsili almışdır. 1978-ci ilin martında Ermənistan SSR EA Arxeologiya və Etnoqrafiya İnstitutunun ixtisaslaşdırılmış Elmi Şurasında "Azərbaycanın son tunc və ilk dəmir dövründə Ön Asiya ölkələri ilə əlaqələri" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.
1974-1975-ci illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant əvəzi, 1975-1980-ci illərdə kiçik elmi işçi, 1980-1989-cu illərdə həmin bölmədə baş elmi işçi vəzifələrində çalışmışdır.

2007-2023-cü illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Eneolit və ilk tunc dövrü arxeologiyası" şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. Hazırda
AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Orta və son tunc dövrü arxeologiyası" şöbəsinin baş elmi işçisidir.1971-ci ildən müxtəlif arxeoloji ekspedisiyaların (Gəncə-QazaxDaşkəsənMuğanŞəmkir, Mil-Qarabağ) tərkibində iştirak etmiş Hidayət Cəfərov 1978-ci ildə Şəmkir Arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir. 1979-cu ildə həmin ekspedisiyanın rəis müavini, 1980-1988-ci illərdə Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəis müavini, 2-ci dəstənin rəisi olub. 2008-ci ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu "Qarabağ" arxeoloji ekspedisiyasının çöl tədqiqatlarına rəhbərlik edir. Onun iştirakı və bilavasitə rəhbərliyi altında Azəbaycanın Gəncə-Qazax, Muğan və Qarabağ bölgələrində onlarla müxtəlif dövrlü və tipli arxeoloji abidə qeydə alınmışdır. Onların bir çoxunda, xüsusilə Qarabağın XocalıBorsunluBəyimsarovSarıçoban kimi kurqanlarında geniş miqyaslı arxeoloji tədqiqatlar aparılmışdır. Uzun illərin səmərəli çöl-tədqiqat işləri alimin çoxsaylı elmi əsərlərində öz əksini tapmışdır. Onun tədqiqatlarında Azərbaycanın Yaxın Şərq ölkələri ilə mədəni-iqtisadi əlaqələr problemi, son tunc və ilk dəmir dövründə etnik-mədəni proseslərin araşdırılması, Azərbaycanda ilk böyük ictimai quruluş məsələləri və s. xüsusi yer tutur.

1996-cı ildə "Qarqarçay və Tərtərçay hövzəsinin tunc və ilk dəmir dövrü mədəniyyəti" mövzusunda doktorluq dissertasiyasını Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdindəki ixtisaslandırılmış Elmi Şurada müdafiə edib. 
Hazırda 5 elmlər doktoru və 2 tarix üzrə fəlsəfə doktoru elmi adını almaq üçün doktorant və dissertantlara rəhbərlik edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix bölməsinin üzvü olub. Azərbaycan AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi Şurasının və Respublika Təhsil Nazirliyinin Elmi-Metodik Şurası Tarix bölməsinin üzvüdür.

1989-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində müəllim işləyir. 1989-1996-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Azərbaycan tarixi" kafedrasında baş müəllim, dosent, kafedra müdiri vəzifəsində çalışıb. 1997-ci ilin iyun ayında həmin universitetin "Azərbaycan tarixi" kafedrasında professor vəzifəsinə seçilib, 1998-ci ilin iyun ayından kafedra müdiri vəzifəsini əvəz edib, 1999, 2001, 2006 və 2011-ci illərdə müsabiqədən keçməklə "Azərbaycan tarixi" kafedrasının müdiri vəzifəsinə seçilib və 2016-cı ilin iyul ayına kimi bu vəzifədə çalışıb.
Hazırda UNEC-in "Humanitar fənlər" kafedrasının professorudur.
Hidayət Cəfərov dəfələrlə Respublika, regional və beynəlxalq səpkili elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, Respublikanın müxtəlif ali məktəblərində "Arxeologiiya", "İxtisas kursu", "Azərbaycan tarixi", "İqtisadi tarix" kurslarından mühazirələr oxumuşdur.

Azərbaycan tarixinin müxtəlif problemlərinə həsr olunmuş 300-dən artıq elmi əsərin, o cümlədən 7 monoqrafiya, 2 kitabça, 2 tədris-metodiki vəsait (ali məktəblər üçün "Azərbaycan tarixi" və orta məktəblərin 6-cı sinifi üçün yazılmış "Azərbaycan tarixi"), 2 tədris proqramı, 3 dərsliyin, iki broşuranın müəllifidir.
Hidayət Cəfərovun Google Scholar platformasındakı elmi əsərlərinə 50 istinad edilmiş, H-indeksi 4 və i10-indeksi isə 3-dür. Cəfərovun 11 nəşri mövcuddur. Onun elmi fəaliyyəti əsasən Azərbaycanın tunc dövrü arxeologiyası, o cümlədən Qarabağ bölgəsinin arxeoloji irsinin tədqiqinə yönəlmişdir. Tədqiqat maraqlarına kurqanların, dəfn adətlərinin, erkən şəhər mədəniyyətinin öyrənilməsi, Xocalı-Gədəbəy mədəniyyəti də daxildir. 

2006-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 2011-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.