Nafiq  Məmmədov  Ənsər

Nafiq Məmmədov Ənsər

“Humanitar fənlər” kafedrasının baş müəllimi

Avesis链接
Bakı, Həsən Əliyev küçəsi, 135 (II Tədris binası)
+(994) 12 564-40-07
Məmmədov Nafiq Ənsər oğlu 1959-cu ilin mart ayının 26-da İsmayılli rayonu Basqal kəndində anadan olmuşdur.
1977-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olub, 1982-ci ildə həmin fakultəni bitirmişdir. 
1982-ci ildən 1984-cü ilə kimi Ordu sıralarında Zabit kimi xidmət etmişdir.
1986-cı ildən 1987-ci ilə kimi Bakı şəhərində Azərlayihə İnstitutunda Baş inspektor işləmişdir.
1987-ci ildən 1988-ci ilə kimi AZSSR Bakı Əsaslı Tikinti idarəsində injiner işləmiş, 1988-ci ildən 1989-cu ilə kimi Bakı Əlvan materialları emalı zavodunun buraxılış məntəqəsində işləmişdir.
1989-ci ildən 1990-cu ilə kimi Bakı şəhəri Xeyirxah Xidmətlər Kombinatında Sifarişlərin qəbulçusu kimi işləmişdir.
1990-cı ilin aprel ayından 1990-cı ilin iyul ayına kimi Məişət Xidməti Bakı İstehsalat idarəsində sifarişlərin qəbulçusu kimi işləmiş, 1990-cı ilin iyul ayından 1990-cı ilin avqust ayına kimiYasamal rayonunda yerləşən 153 saylı orta məktəbdə Təsərrüfat işləri üzrə direktor köməkçisi işləmişdir.
1990-cı ildən 1992-ci ilə kimi Metal mədəni-məişət zavodunda injiner işləmişdir.
1992-ci ilin iyun ayından 1992-ci ilin iyul ayına kimi Müdafiə Nazirliyinin Mənzil istismar idarəsinin Maddi-texniki Təchizat  şöbəsində inspektor vəzifəsində çalışıb.
1992-cı ildən 1996-ci ilə kimi Ordu sıralarında zabit kimi xidmət etmişdir.
2002-ci ildən 2014-cü ilə kimi Azərbaycan Dövlət İqtisad Unversitetinin “İdman və mülki müdafiə” kafedrasında müəllim işləmişdir.
2014-cü ildən 2020-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Unversitetinin “Mülki müdafiə” kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir.
2020-ci ildən indiyə kimi Azərbaycan Dövlət İqtisad Unversitetinin “Humanitar fənlər” kafedrasında baş müəllimi kimi fəaliyyətini davam etdirir.
Ailəlidir. İki övladı var.