Flora Kaşiyeva   Şamil

Flora Kaşiyeva Şamil

"Maliyyə və audit" kafedrasının dosenti

رابط Avesis
Bakı, İstiqlaliyyət 6 (I Tədris binası)
+(994) 12 492-59-13;
+(994) 12 492-40-04; 18-46 (1100)

1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (Universitet) «Maliyyə-kredit» fakültəsini bitirmişdir.
1995-ci ildən bu universitetdə müəllim kimi fəaliyyətə başlamışdır.
2000-ci il tarixində baş müəllim vəzifəsinə seçilmişdir.

2004/2005-ci ildən “Bank işi və pul tədavülü” kafedrasında müəllim işləyib.
2008-ci ildə “Bazar iqtisadiyyatı şəraitində pul-kredit siyasətinin investisiya fəaliyyətinin yüksəlməsində rolu” mövzusunda iqtisad elmləri alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
2009-cu ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya komissiyası tərəfindən iqtisad elmləri namizədi diplomunu almışdır.
2014-cü ildə dosent vəzifəsinə seçilmişdir.
Hazırda "Maliyyə və audit" kafedrasının dosentidir.

2012-ci il tarixində İqtisad Universitetinin Tələbə Elmi Cəmiyyətinin xətti üzrə «Bank işi» kafedrasının nəzdində yaradılmış Tələbə Elmi Dərnəyinə rəhbər seçilmiş və «Gənc bankirlər» Tələbə Elmi Dərnəyini yaratmışdır. Dərnəyin keçirdiyi konfranslarda yüzlərlə tələbəni diplom və sertifikatlarla təltif etmişdir.
2013-cü tədris ilində F.Ş.Kaşiyeva «Bank işi» kafedrasının rəhbərliyi tərəfindən «Elmi-pedaqoji fəaliyyətinə görə və aktiv təşkilati fəaliyyətinə görə» təşəkkürnamə ilə təltif edilmiş və kafedra üzrə “İlin müəlliməsi” adına layiq görülmüşdür.
Ailəlidir.