Ermənistan İqtisadiyyatının Araşdırma Tədqiqat Mərkəzi

Ermənistan İqtisadiyyatının Araşdırılması tədqiqat mərkəzi Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 24 noyabr 2017-ci il tarixli iclasının 155№-li Qərarına əsasən yaradılıb.

UNEC rektorunun 699/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Qələndər oğlu Mehdiyevə həvalə edilmişdir.

Mərkəzin missiyası Ermənistan iqtisadiyyatını obyektiv və sistemli
təhlil edərək Azərbaycan üçün strateji elmi-analitik bilik bazası formalaşdırmaqdır.


MƏQSƏD:
Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin məqsədi Ermənistanın iqtisadi inkişaf meyillərini, sosial-qtisadi potensialını
və regiondakı mövqeyini öyrənmək, ölkənin iqtisadi siyasətini təhlil etmək və Azərbaycan üçün strateji, elmi-analitik nəticələr hazırlamaqdır.

Əsas məqsədlər:

- Ermənistan iqtisadiyyatının strukturunu, resurslarını və inkişaf istiqamətlərini öyrənmək;
- Ölkənin xarici ticarət əlaqələrini, maliyyə sistemini və investisiya siyasətini təhlil etmək;
- Ermənistanın iqtisadi potensialının regionun təhlükəsizliyinə və əməkdaşlıq imkanlarına təsirini araşdırmaq;
- Azərbaycan üçün elmi əsaslı proqnozlar və strateji tövsiyələr hazırlamaq;
- Ermənistan iqtisadiyyatının zəif və güclü tərəflərini müəyyənləşdirərək analitik hesabatlar təqdim etmək;
- Regional və beynəlxalq miqyasda Ermənistan iqtisadiyyatının inteqrasiya proseslərini izləmək.

Mərkəzin üzvləri:

Bizimlə əlaqə

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

+994 (012) 492-57-31

E-mail

eiamerkezi@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri