Ermənistan İqtisadiyyatının Araşdırılması tədqiqat mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 24 noyabr 2017-ci il tarixli iclasının 155№-li Qərarına əsasən yaradılıb.
UNEC rektorunun 699/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Qələndər oğlu Mehdiyevə həvalə edilmişdir.
Mərkəzin missiyası Ermənistan iqtisadiyyatını obyektiv və sistemli
təhlil edərək Azərbaycan üçün strateji elmi-analitik bilik bazası formalaşdırmaqdır.
MƏQSƏD:
Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin məqsədi Ermənistanın iqtisadi inkişaf meyillərini, sosial-qtisadi potensialını
və regiondakı mövqeyini öyrənmək, ölkənin iqtisadi siyasətini təhlil etmək və Azərbaycan üçün strateji, elmi-analitik nəticələr hazırlamaqdır.
Əsas məqsədlər:
- Ermənistan iqtisadiyyatının strukturunu, resurslarını və inkişaf istiqamətlərini öyrənmək;
- Ölkənin xarici ticarət əlaqələrini, maliyyə sistemini və investisiya siyasətini təhlil etmək;
- Ermənistanın iqtisadi potensialının regionun təhlükəsizliyinə və əməkdaşlıq imkanlarına təsirini araşdırmaq;
- Azərbaycan üçün elmi əsaslı proqnozlar və strateji tövsiyələr hazırlamaq;
- Ermənistan iqtisadiyyatının zəif və güclü tərəflərini müəyyənləşdirərək analitik hesabatlar təqdim etmək;
- Regional və beynəlxalq miqyasda Ermənistan iqtisadiyyatının inteqrasiya proseslərini izləmək.