Kompozit materiallar Elmi Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 28 fevral 2019-cu il tarixli iclasının 164 №-li Qərarı və UNEC rektorunun 29 mart 2019-cu il tarixli 188/3/2019 №-li əmrinə əsasən yaradılıb.
UNEC rektorunun 22 iyul 2019-cu il tarixli 564/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik “Fizika və kimya” kafedrasının müdiri f.e.d., prof. R.M.Rzayevə həvalə edilmişdir.
Mərkəzin məqsədi yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında iştirak etmək, fundamental, tətbiqi və axtarış elmi-tədqiqat işləri aparmaq, professor-müəllim heyətini, doktorantları və ali təhsil müəssisəsi tələbələrini elmi-tədqiqat işlərinə geniş cəlb etməkdir.
VƏZİFƏLƏRİMİZ:
Nəzdində fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin müvafiq fakültə və ya kafedrası arasında tədrislə bağlı sıx əlaqə yaradılması; təsdiq edilmiş istiqamətlər üzrə fundamental, tətbiqi və axtarış tədqiqatlarının aparılması; ali təhsil müəssisəsinin bölmələrinə, müəssisələrə və xalq təsərrüfatının başqa təşkilatlarına laboratoriyada yerinə yetirilmiş tədqiqatların əsasında yeni metod və texnologiyanın, cihaz və materialların və s. yaradılmasında və mənimsənilməsində köməklik edilməsi.
PROQRAM VƏ LAYİHƏLƏRİMİZ:
Polimer kompozit sistemlər əsaında praktiki tətbiq imkanlı perspektivli materialların yaradılmasının fiziki-kimyəvi əsaslarının işlənməsi.
HƏDƏFİMİZ:
Müxtəlif tərkibli kompozit sistemlərin alınması üçün texnoloji əsasların işlənib hazırlanması; alınmış müxtəlif tərkibli kompozit sistemlərin fiziki- kimyəvi parametrlərinin tədqiqi; eksperimental qurğuların təkmilləşdirilməsi və əldə olunan nəticələrin təhlili.
Elm və innovasiya məsələləri üzrə prorektor, f.e.d., prof.
f.-r.e.d., prof.
Kafrdra müdiri, f.f.d., b/m.
f.f.d., dos.
k.e.n., dos.
Kafedra müdir müavini, k.f.d., dos.
SOCAR, Neftqazelmitədqiqatlayihə İnstitutu, Analitik araşdırmalar laboratoriyasının müdir müavini, t.f.d.
Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun professoru, f.e.d. prof
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində Tədqiqat Mərkəzinin Elmi Tədqiqat Şöbəsinin rəhbəri, f.-r.e.d. prof.
AMEA “Nano və Aktiv Kompozitlər fizikası” laboratoriyasının müdiri, f.e.d. dos.
Milli Nüvə Tədqiqatları Mərkəzi, Radiasiya materialşünaşlıq və radiasyon nanotexnologiyalar şöbəsinin müdiri, f.e.d., dos.
İstanbul Ticarət Universitesi, İnsan ve Toplum Bilimleri Fakültesi, Matematik Bölümünün professoru, f.r.e.d. prof. (İstanbul/Türkiyə)
BDU, Yarımkeçiricilər fizikası kafedrasının professoru; Fizika Problemləri İnstitutu, Yarımkeçiricilər fizikası şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.d. prof.
f.r.e.n. dos.
Milli Nüvə Tədqiqatları Mərkəzinin doktorantı
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə və Radiasiya Tədqiqatları şöbəsinin elmi işçisi; Almaniyanın Karlsruhe Birləşmiş Tədqiqatlar Mərkəzinə dəvət olunmuş elmi işçi, f.f.d. (Almaniya, Karlsruhe)
TC İstinye Universiteti Sağlamlıq Xidmətləri Peşə Məktəbinin müəllimi, doktorant (Türkiyə, İstanbul)
Jan Kochanowski Kielce Universitetinin Fizika İnstitutunun tədqiqatçısı (Keltse/Polşa)
Pakistanın Khwaja Fareed Mühəndislik və İnformasiya Texnologiyaları Universitetinin dosenti
Payame Noor Universitetinin professoru (İran)
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti
İnönü Universitetinin Mühəndislik fakültəsinin professoru
Azərbaycan Texniki Universiteti, “Yeni materiallar və nanotexnologiyalar” İnstitutunun direktoru, prof.