Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzi

Kompozit materiallar Elmi Tədqiqat Mərkəzi  Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 28 fevral 2019-cu il tarixli iclasının 164 №-li Qərarı və UNEC rektorunun 29 mart 2019-cu il tarixli 188/3/2019 №-li əmrinə əsasən yaradılıb. 

UNEC rektorunun 22 iyul 2019-cu il tarixli 564/3/2019 №-li  əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik “Fizika və kimya” kafedrasının müdiri f.e.d., prof. R.M.Rzayevə həvalə edilmişdir.
Mərkəzin məqsədi yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında iştirak etmək, fundamental, tətbiqi və axtarış elmi-tədqiqat işləri aparmaq, professor-müəllim heyətini, doktorantları və ali təhsil müəssisəsi tələbələrini elmi-tədqiqat işlərinə geniş cəlb etməkdir.

VƏZİFƏLƏRİMİZ:

Nəzdində fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin müvafiq fakültə və ya kafedrası arasında tədrislə bağlı sıx əlaqə yaradılması; təsdiq edilmiş istiqamətlər üzrə fundamental, tətbiqi və axtarış tədqiqatlarının aparılması; ali təhsil müəssisəsinin bölmələrinə, müəssisələrə və xalq təsərrüfatının başqa təşkilatlarına laboratoriyada yerinə yetirilmiş tədqiqatların əsasında yeni metod və texnologiyanın, cihaz və materialların və s. yaradılmasında və mənimsənilməsində köməklik edilməsi.

 

PROQRAM VƏ LAYİHƏLƏRİMİZ:
Polimer kompozit sistemlər əsaında praktiki tətbiq imkanlı perspektivli materialların yaradılmasının fiziki-kimyəvi əsaslarının işlənməsi.

 

HƏDƏFİMİZ:
Müxtəlif tərkibli kompozit sistemlərin alınması üçün texnoloji əsasların işlənib hazırlanması; alınmış müxtəlif tərkibli kompozit sistemlərin fiziki- kimyəvi parametrlərinin tədqiqi; eksperimental qurğuların təkmilləşdirilməsi və 
əldə olunan nəticələrin təhlili.

 

Mərkəzin üzvləri:

Rövnəq Rzayev Mirzə

Elm və innovasiya məsələləri üzrə prorektor, f.e.d., prof.

Rəna Babayeva

f.-r.e.d., prof.

Tural Nağıyev Qulu

Kafrdra müdiri, f.f.d., b/m.

Arzu Əhmədova

f.f.d., dos.

Əli Xəlilov

k.e.n., dos.

Aytən Niyazova

Kafedra müdir müavini, k.f.d., dos.

Elçin Vəliyev

SOCAR, Neftqazelmitədqiqatlayihə İnstitutu, Analitik araşdırmalar laboratoriyasının müdir müavini, t.f.d.

Adil Abdullayev

Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun professoru, f.e.d. prof

Rasim Cabbarov

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində Tədqiqat Mərkəzinin Elmi Tədqiqat Şöbəsinin rəhbəri, f.-r.e.d. prof.

Tahir İbrahimov

AMEA “Nano və Aktiv Kompozitlər fizikası” laboratoriyasının müdiri, f.e.d. dos.

Elçin Hüseynov

Milli Nüvə Tədqiqatları Mərkəzi, Radiasiya materialşünaşlıq və radiasyon nanotexnologiyalar şöbəsinin müdiri, f.e.d., dos.

Abdulla Sofiyev

İstanbul Ticarət Universitesi, İnsan ve Toplum Bilimleri Fakültesi, Matematik Bölümünün professoru, f.r.e.d. prof. (İstanbul/Türkiyə)

Maarif Cəfərov

BDU, Yarımkeçiricilər fizikası kafedrasının professoru; Fizika Problemləri İnstitutu, Yarımkeçiricilər fizikası şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.d. prof.

Rövşən Məmmədov

f.r.e.n. dos.

Elçin Nağıyev

Milli Nüvə Tədqiqatları Mərkəzinin doktorantı

Aydan Qəribli

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə və Radiasiya Tədqiqatları şöbəsinin elmi işçisi; Almaniyanın Karlsruhe Birləşmiş Tədqiqatlar Mərkəzinə dəvət olunmuş elmi işçi, f.f.d. (Almaniya, Karlsruhe)

Ömer Faruk Tutar

TC İstinye Universiteti Sağlamlıq Xidmətləri Peşə Məktəbinin müəllimi, doktorant (Türkiyə, İstanbul)

Şəhriyar Cəfərzadə

Jan Kochanowski Kielce Universitetinin Fizika İnstitutunun tədqiqatçısı (Keltse/Polşa)

Muhammad Sohail

Pakistanın Khwaja Fareed Mühəndislik və İnformasiya Texnologiyaları Universitetinin dosenti

Esmail Vessally

Payame Noor Universitetinin professoru (İran)

Səidə Əsədullayeva

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti

Təhmuraz Abbasov

İnönü Universitetinin Mühəndislik fakültəsinin professoru

Əmdulla Mehrabov

Azərbaycan Texniki Universiteti, “Yeni materiallar və nanotexnologiyalar” İnstitutunun direktoru, prof.

Bize ulaşın

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

+(994) 012 564 67 36; 492-57-31

E-posta

kmetmerkezi@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri